Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:45

Ermənistanda seçkilərdə hakim partiya irəlidədir [VIDEO]


Ermənistanda parlament seçkisi keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Ermənistanda parlament seçkisi keçirilir

-


ATƏT bildirir ki, çatışmazlıqlar Ermənistanda seçkilərin nəticəsinə inamı sarsıdır

Ermənistanda parlament seçkilərini izləmiş ATƏT müşahidəçiləri bildiriblər ki, seçkilər rəqabətli və dinc keçib, hərçənd demokratik prosesdə bəzi çatışmazlıqlar səsvermənin nəticələrinə inamı sarsıdıb.

ATƏT-in bəyanatında deyilir ki, seçki kampaniysında azad toplaşmaya və ifadə azadlığına hörmət qoyulub, ancaq səsvermənin özü siyasi partiyaların və bütövlükdə ictimaiyyətin seçki prosesinin bütövlüyünə inamsızlığından zərər çəkib.

HAKİM PARTİYA İRƏLİDƏDİR

Ermənistanda keçirilən parlament seçkisində hakim partiya irəlidədir. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda deyilir.

Səslərin dörddə üçünün sayıldığını bildirən komissiyanın açıqlamasında bildirilir ki, ilkin nəticələrə görə, Respublika Partiyası səslərin 45 faizini qazanıb.

İkinci yerdə 31 səslə hakim partiya ilə koalisiya yaradan Tərəqqi partiyası gəlir.

Üçüncü yerdə müxalif Erməni Milli Konqresidir.

Müxalifət seçkidə çoxsaylı qanun pozuntusu aşkarladığını bildirib.

ATƏT-in müşahidəçiləri hələ seçki ilə bağlı ilkin rəyini açıqlamayıb.


GALLUP-A GÖRƏ ERMƏNİSTANDA SEÇKİNİN QALİBİ PREZİDENTİN PARTİYASIDIR

Exit-polların ilkin nəticəsinə görə Ermənistanda bazar günü keçirilən parlament seçkisinin qalibi 44.44 faiz səslə hakim Respublikaçılar Partiyasııdır.

Gallup beynəlxalq sorğu mərkəzinin apardığı exit-polla görə seçkidə ikinci yeri 28.81 faiz səslə hakim partiyanın koalisiya ortağı olan partiya tutub.

Bu exit-polla görə keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi də parlamentdə mandatlara sahib olub.

Keçmiş prezident Levon Ter-Petrosyan isə deyir ki, bir neə müxalifət partiyasının yaratdığı birgə qərargah seçkidə çox sayda qanun pozuntuları aşkar edib.

Bu ölkədə güclü müxalifət partiyalarından üçü seçkini müşahidə üçün birgə qərargah yaradıb.

Keçmiş prezident həmin qərargahda keçirdiyi mətbuat konfransında deyib ki, səhər tezdən seçki məntəqləri açılan kimi bütün ölkə boyu yaxşı təşkilatlanmış bir maxinasiya maşını işə düşüb.

Seçkidə çox ciddi saxtalaşdırma faktlarını sənədləşdirdikərini deyən Ter-Petrosyan bildirib ki, birləşmiş qərargah bütün qanuni vasitəlrədən istifadə edərək bu pozuntuların aradan qaldırılmasına çalışacaq.

2008-ci ilin prezident seçkisindən sonrakı kimi yenə də toqquşmalar ola bilərmi sualına cavabında keçmiş prezident deyib: “O zaman biz ölkənin qanunları və Konstitusiyasına uyğun olaraq mitinq təyin etmişdik. Amma toqquşmanı hökumət təşkil etmişdi.”

Erməni Milli HKonqresinin korrdinatoru Levon Zurabyan isə bildirir ki, bu seçkidə ən kütləvi qanun pozuntusu bir nəfərin bir neçə dəfə səs verməsi və seçicilərə rüşvət paylanması olub.

Prezident Serzh Sarkisianın Respublikaçılar Partiyası isə bazar günü keçirilən seçkidə bəzi kiçik qanun pozuntularının ümumilikdə bu seçkinin azad və ədalətli keçirilməsinə heç bir təsir göstərmədiyini bildirir.

Partiyanın təmsilçisi müxalifəti bu seçkiyə kölgə salmaqda ittiham edib.

-------------


Rusiyalı müşahidəçi Siyabshakh Shapiyev hələlik elə bir pozuntu aşkar edilmədiyini deyir.

Rəy sorğularının nəticələrinə görə, «Respublika» partiyası ilə onun hakim koalisiyadakı müttəfiqi «Çiçəklənən Ermənistan» partiyası 60 faizdən artıq səs toplayacaq və bu göstərir ki, hökumətin tərkibində elə bir böyük dəyişiklik olmayacaq.

Eyni zamanda müxalifətdə olan keçmiş prezident Levon Ter Petrosyanın «Milli konqres» partiyasının parlamentə düşəcəyi gözlənilir.

Seçkinin gedişini ATƏT-dən 300-dən çox beynəlxlaq müşahidəçi izləyir.

Hakimiyyət seçkinin azad və ədalətli olacağını deyir.

ATƏT 2007-ci ildə Ermənistanda keçirilmiş parlament seçkisinin beynəlxalq standartlara cavab vermədiyini bəyan eləmişdi.

Seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG