Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

İlham Əliyev Almaniyanın Xarici İşlər naziri ilə görüşüb


Mayın 4-də Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Xarici İşlər naziri Guido Westerwelle ilə görüşüb.

«AzərTAc»ın məlumatına görə, görüşdə almaniyalı nazir Azərbaycanla ölkəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir ikitərəfli əməkdaşlığın bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb.

İlham Əliyev də iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. O, ölkələr arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Son vaxtlar Azərbaycan rəsmiləri Almaniyanın bəzi dairələrini, o cümlədən səfir Herbert Quelle'ni Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG