Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Azərbaycanın əksər ərazilərində yağış yağacaq


Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bu barədə «Trend»ə Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, mayın 6-da Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək.

Gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 6-da bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Gecə 12-17, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG