Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13
«Biz bütün məsələləri bu il həll etməliyik, 2013-ə saxlamamalıyıq».

Bu fikirləri İctimai Palatanın (İP) mayın 5-də keçirilən sessiyasındakı çıxışında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O, mayın 7-də İP-nin Bakı şəhər İcra Hakimiyyəti qarşısında keçirmək istədiyi piketə də toxunub:

«Biz əlimizi qoynumuza qoyub gözləsək, hakimiyyət dostlarımızı həbsdən buraxmayacaq».

G.Aslanlı təklif edib ki, mayın 13-ü və 19-u mitinq üçün şəhər rəhbərliyinə müraciət olunsun.

«AZƏRBAYCAN HÖKUMƏTİ BİZİM XOŞ NİYYƏTİMİZİ HƏLƏ DƏ ANLAMIR»

AXCP sədri Əli Kərimli isə deyib ki, «Eurovision» keçirildiyi vaxtda Azərbaycanda vicdan məhbuslarının həbsdə saxlanması mənfi bir haldır.

«Təəssüf ki, Azərbaycan hökuməti bizim xoş niyyətimizi hələ də anlamır. Hakimiyyət beynəlxalq təzyiqlərə baxmayaraq, kütləvi həbslərə, repressiyalara davam edir».

«YALAN DEYİRLƏR, BUNLARIN RUSİYA İLƏ MÜNASİBƏTLƏRİ DAHA PİSDİR»

Politoloq Ərəstun Oruclu Qarabağ məsələsinə gözlənilən dəstək olmasa, Bakının Qərbdən üz döndərəcəyi barədə rəsmi fikirlərə münasibət bildirib. O, Azərbaycanın üz tutası elə bir müttəfiqinin də olmadığını qeyd edib:

«Bunlar blef edir ki, Rusiya ilə əlaqəni yaxınlaşdıracaqlar. Lakin yalan deyirlər - bunların Rusiya ilə münasibətləri daha pisdir».

TƏNQİD OLUNAN MİTİNQ TAKTİKASI

Pənah Hüseyn

Pənah Hüseyn

Toplantıda «20-ci sahə»də mitinq keçirməkdən imtina ilə bağlı tənqidi fikirlər səslənib. İP üzvü Mustafa Hacıbəyli deyib ki, İP mayın 6-da mitinq keçirərək prosesi 19 maya qədər aparmalıydı.

TƏKLİF: «EUROVISION» QABAĞI ACLIQ OLSUN

Sabiq baş nazir Pənah Hüseyn isə «Eurovision» günlərində 2 aprel məhbuslarının aclıq aksiyası keçirməyə hazırlaşmalarına münasibət bildirib.

«Onların aclıq aksiyasına gərək yoxdur. Lazım gəlsə biz, kütləvi şəkildə aclıq aksiyası keçirməliyik. Qoy, bunların çalıb-çağırdığı bir zamanda dünya görsün ki, bu ölkənin əsas siyasi gücləri, 100-lərlə insanı aclıq aksiyası keçirir».

İP 13 VƏ 19 MAYDA MİTİNQ KEÇİRMƏK İSTƏYİR

Sessiyanın sonunda qərara alınıb ki, «Eurovision» mahnı yarışması ilə əlaqədar alternativ informasiya mərkəzi yaradılsın, həmçinin mayın 13 və 19-da mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunsun.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG