Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Misirdə 1 hərbçi ölüb, 300-ə yaxın adam yaralanıb



Cümə günü Qahirədə, müdafiə nazirliyinin qarşısında baş vermiş hərc-mərclikdə 1 hərbçi ölüb, 300-ə yaxın adamsa yaralanıb.

Bu barədə Misir hakimiyyəti xəbər verir.

Hərbi hakimiyyətə qarşı çıxan nümayişçilər müdafiə nazirliyinə soxulmağa cəhd ğstəriblər.

Hərbçilər kütləni dağıtmaq üçün su və gözyaşardıcı qadan istifadə edib.

170-dən çox adam saxlanıb.

Ali hərbi şura nazirliyə yaxın rayonlarda bazar günü səhərədək 24 saatlıq komendant saatı tətbiq edib.

Nümayişçilər, xüsusilə də islamçılar hakimiyyətin tezliklə mülki hökumətə verilməsini tələb edirlər.

3 həftədən sonra Misirdə prezident seçkisi keçiriləcək.

Hərbçilər hakimiyyəti yeni prezidentə verəcəklərini vəd edirlər.
XS
SM
MD
LG