Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07

Dəməşqdə 2 partlayış baş verib


Dəməşqdə, mərkəzi maşın yolunda 2 partlayış baş verib.

Ətrafdakı maşınlara xəsarət dəyib, amma itki və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Bu barədə hüquq müdafiəçiləri şahidlərə istinadla xəbər verirlər.

Müxalifət fəalları cümə günü hökumət qoşunlarının 37 adamı öldürdüyünü deyirlər.

Məlumatlara görə ölkənin müxtəlif regionlarında snayperlər nümayişçilərə atəş açıb, hökumət qoşunlarıyla müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar olub.

BMT Suriyadakı müşahidəçilərinin sayını getdikcə artırır.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG