Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

Köçkünlərin yataqxanalardan köçürülməsinə bu ilin sonunda başlanacaq


Yataqxana
Yataqxana
Bu ilin sonunda Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalardan köçürülməsi prosesinə başlanacaq.

Bu barədə «APA»ya Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

O deyib ki, bu il məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait xeyli artırılıb:

«Ötən il bu məbləğ 100 mln. manat idisə, bu il 300 mln. manat nəzərdə tutulub».

Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanın 10 rayonunda 4178 mənzildən ibarət qəsəbələrin tikilməsi istiqamətində işlər aparılır:

«Bu işlərin hamısı bu ilin sonuna qədər yekunlaşacaq və təhvil veriləcək. İlin sonunda Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalardan köçürülməsinə başlanacaq. Ümumiyyətə, növbəti 2-3 il ərzində Bakı şəhərində çətin şəraitdə olan məcburi köçkün qalmayacaq. O vaxta qədər sülh prosesində hər hansı dəyişiklik olarsa, təbii ki, bu işlərə yenidən baxılacaq».
XS
SM
MD
LG