Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:04

«Xətai» stansiyasından «Həzi Aslanov» stansiyasına yeni xətt çəkilir


Bakı metrosu
Bakı metrosu
Gələn ildən Bakı Metropoliteninin «Xətai» stansiyasından «Həzi Aslanov» stansiyasına yeni xəttin çəkilişinə başlanacaq.

«APA»nin xəbərinə görə, bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib.

«Xətai» stansiyasından «Həzi Aslanov» stansiyasına qədər olan ərazidə 7 stansiya olacaq.

«Bundan başqa, Köhnə Günəşli və Yeni Günəşli istiqamətində metro xəttinin çəkilməsi istiqamətində işlər aparılır» - T.Əhmədov deyib.

Bakı Metropoliteninin «Eurovision 2012» mahnı müsabiqəsinə hazırlıqlarından söz açan T.Əhmədov qeyd edib ki, bütün stansiyalarda informasiya köşkləri quraşdırılıb:

«Şəhərimizə gələn əcnəbilər informasiya köşklərinə yaxınlaşıb ingilis dilində istənilən məlumatı ala bilərlər. Getmək istədikləri yeri metro bələdçilərindən soruşa bilərlər. Metropolitendə bələdçilər üçün ingilis dili kursları açılıb, 50 nəfərə ingilis dili dərsi keçilib. Onlar müraciət edən əcnəbiləri ingilis dilində sərbəst şəkildə cavablandıra biləcəklər. Bakı Metropoliteni «Eurovision» müsabiqəsinə tam hazırdır».

1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
XS
SM
MD
LG