Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

Naxçıvanın Bakıdakı nümayəndəliyi «Sərhədsiz Reportyorlar»ın səhvini tutdu


«Sərhədsiz Reportyorlar Təşkilatı Vasif Talıbovu «mətbuat yırtıcıları» siyahısına salmaqla böyük səhv edib».

Bunu AzadlıqRadiosuna Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev bildirib. O, Naxçıvan Ali Məclisi sədrinin adının Sərhədsiz Reportyorlar Təşkilatının siyahısına düşməsinə dair əlavə şərh vermək istəməyib.

Mayın 3-də Sərhədsiz Reportyorlar Təşkilatı «Mətbuat Yırtıcıları» siyahısını açıqlayıb. Bu il «mətbuat yırtıcıları»nın sayı 41-ə çatıb.

Siyahıda Azərbaycan birdən artıq mətbuat «yırtıcısı» olan 6 ölkə arasında yer alır. Qeyd olunur ki, İlham Əliyev kimi Vasif Talıbov da azad söz düşmənidir. Hesabatda yazılır ki, Vasif Talıbov Naxçıvanı repressiya metodlarını sınaqdan keçirən laboratoriyaya çevirib. İlham Əliyev də nəticəni sonradan bütün respublikaya tətbiq edir.

Siyahıda Vasif Talıbovun adı Şimali Koreya lideri Kim-Jong-un ilə yanaşı çəkilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG