Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:14

Əjdər Olun kitabı gürcü dilində! Yazıçıya medal verildi


Əjdər Olun kitabı gürcü dilində
Əjdər Olun kitabı gürcü dilində
Yazıçı Əjdər Olun Gürcüstanda “Hərbi səhra komandirinin meymunu” adlı nəsr kitabı işıq üzü görüb.

Gürcüstanın məşhur “Merani” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitaba yazıçının “Qrafoman”, “Namiq Abdullayevin axırı”, “Fa”, “Börüsoy”, ” “Qəbulda”, “Tütün limanı”, “Hərbi səhra komandirinin meymunu” və s. hekayələri daxil edilib.

Hekayələr gürcü dilinə tərcüməçi Nelli Məmmədli tərəfindən çevrilib.

Aprelin 28-də Tbilisidə “Hərbi səhra komandirinin meymunu” gürcü oxucularına və ədəbi cameəyə təqdim olundu.

Gürcüstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Gürcüstan Bəstəkarlar evində təşkil olunan təqdimat mərasimində gürcü ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələri, Gürcüstanda yaşayan azərbaycanlılar, tanınmış ədəbiyyatçılar, Tiflisdə Azərbaycan dilində fəaliyyət göstərən məktəbin şagirdləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar Birliyinin sədri, şair Makvala Qonaşvili Əjdər Ol haqda görüş iştirakçılarına geniş məlumat verib və müəllifin yaradıcılıq məziyyətləri barədə ətraflı danışıb.

Gürcüstan mətbuatına müsahibəsində Əjdər Ol bunları deyib:

- Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin tarixi gedir , XIX əsrin ortalarına, hətta daha əvvələ gedib çıxır. Fikrimcə son illərdə həm gürcü ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi,həm bizim ədəbiyyatın gürcü dilinə çevrilməsii, bu sahədəki intensivlik ədəbi əlaqələrimizin yeni mərhələsidir. Çağdaş ədəbi nəsillər formalaşır və yeni münasibətləri diqtə edir. İnteqrasiya yeni keyfiyyətlərlə özünü biruzə verir. Əlbəttə bu eyni zamanda əvvəlki ədəbi əlaqələrin, dostluq və həmkar bağlarının davamıdır. Mənə bir müəllif kimi gürcü oxucuları ilə təmasda olmaq maraqlıdır. Peşəkar ədəbiyyatçıların dəyərli sözləri, isti rəyləri o deməkdir ki, kitab, kitaba daxil edilən hekayələr gürcü oxucularının da diqqətindən yayınmayacaq. Ümumiyyətlə hesab edirəm ki, bu gün təkcə mənim kitabım təqdim olunmur, həm də müasir Azərbaycan ədəbiyyatı təqdim olunur gürcü oxucusuna. Eyni zamanda bunun məsuliyyətini də hiss elmək çox xoşdur...

Görüşün sonunda Əjdər Ola Tbilisi şəhər meriyasının “Gürcüstan Mədəniyyətinin Səfiri” medalı təqdim olundu. Medalı meriyanın səlahiyyətli təmsilçisi Qiqi Uqulala təqdim elədi.

Səlim B.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG