Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:10

Almaniya öz ombudsmanın işini dəstəkləyir


Almaniya bayrağı
Almaniya bayrağı
Almaniya Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Ombudsmanı Markus Löning'ə qarşı Azərbaycanda səslənən ittihamları inkar edir.

Məlumatı Almaniyanın «Süddeutsche Zeitung» qəzeti yayıb.

Almaniyanın Bakıdakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova AzadlıqRadiosuna bildirib ki, XİN-dən bu açıqlama qəzetin sorğusuna əsasən verilib.

Almaniya XİN-in mayın 3-də verdiyi açıqlamada qeyd olunur: «İnsan haqları üzrə müvəkkilin vəzifəsi bütün dünyada insan haqları, əsas hüquqlar və mətbuat azadlığına riayət olunmasında mövcud çatışmamazlıqlara dair danışmaqdır. Xarici İşlər naziri Gido Vestervelle ombudsmanın əhəmiyyətli işini dəstəkləyir, şəxsən öz görüşlərində insan haqları və əsas azadlıqlar mövzusuna toxunur».

Son vaxtlar Azərbaycan rəsmiləri Almaniya ombudsmanı Markus Löning və səfir Herbert Quelle'ni qərəzli mövqe tutmaqda ittiham edirlər. Milli Məclisin mayın 1-də keçirilən iclasda da deputatların əksəriyyəti bu iki şəxsi Azərbaycanın daxili işlərinə qarışmaqda suçlayıblar.
XS
SM
MD
LG