Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 50 (20.455) 15 mart 2012


MİLLİ DƏYƏRLƏRİMİZİ QORUYAQ VƏ YAŞADAQ

Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatında «Milli dəyərlərimizi qoruyaq və yaşadaq» mövzusunda tədbir keçirilmişdir. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qüdrət Rzayev çıxış edərək bildirmişdir ki, hər bir xalqı yaşadan onun milli dəyərləri – dili, adət - ənənələri, mədəniyyətidir. Azərbaycanda da bu dəyərlərin qorunması həmişə mühüm əhəmiyyət kəsb etmişdir. Unudulmaqda olan adət - ənənələrimizin, digər milli dəyərlərimizin bərpası və inkişafı yolunda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xeyli iş görülmüşdür. Ötən əsrin 70 – 80-ci illərində Azərbaycan dilinin dövlət dili kimi respublika Konstitusiyasında təsbit olunması, tarixi abidələrin, Bakıda və respublikamızın digər regionlarında olan məscidlərin bərpası xalqın milli şüurunun formalaşmasında mühüm rol oynamışdır...
Muxtar respublikamızda da ulu öndərin tövsiyələrinə uyğun olaraq, milli dəyərlərimizin qorunması, inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Ali Məclis sədrinin «Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin haqqında» 2009-cu il 7 fevral tarixli Sərəncamı artıq bir neçə ildir ki, diyarımızda xalqımızı milli dəyərlərinin təbliği işinə çox ciddi töhfələr verməkdədir...

MEYVƏÇİLİK VƏ TƏRƏVƏZÇİLİYİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ

Bölgələrdə aqrar islahatların inkişaf strategiyası hələ müstəqil dövlət quruculuğunun ilk illərində - ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən hazırlanmış və həmin kurs indi də müvəffəqiyyətlə davam etdirilir.

...Naxçıvan Muxtar Respublikası Alo Məclisi sədrinin sərəncamı ilə təsdiq edilmiş «2008 – 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» və «Naxçıvan Muxtar Respublikasının 2009 – 2013-cü illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı» kimi mühüm sənədlərin icrası kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün maddi-texniki bazanın gücləndirilməsinə imkan vermişdir.
Bu gün muxtar respublikada əhalinin tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Adamların sağlamlığının qorunmasında yerli tərəvəz məhsulları önəmli yer tutur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- İnzibati binaların inşası yekunlaşır
- Arxiv idarəsi binasının yenidən qurulması davam etdirilir
- İlaxır çərşənbədə yanğın hadisəsi qeydə alınmayıb
- 530 kartof istehsalçısına 520 min manat kredit verilmişdir

Şərhləri göstər

XS
SM
MD
LG