Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

Clinton Çini İrandan neft idxalını kəsməyə çağırır


Pekində səfərdə olan ABŞ-ın Dövlət katibi Hillary Clinton İrandan neft idxalını kəsməyə, bununla da İrana nüvə proqramında təzyiq göstərməyə çağırıb.

Çin rəhbərliyi ilə danışıqlarının ikinci günü Clinton deyib ki, möhkəm və vahid mövqe İranın nüvə proqramı ilə mübarizədə ən yaxşı vasitədir.

ABŞ gələn ay İran neftini alan ölkələrə qarşı maliyyə sanksiyalarını həyata keçirməyə başlamalıdır.
İran neftinin böyük alıcısı olan Çin belə sanksiyaların əleyhinə çıxır. Ancaq məlumatlara görə, Çin İran neftini almağı azaldır.

Günün bütün mövzuları

XS
SM
MD
LG