Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:08
Dünyanın ən böyük online sosial şəbəkəsi olan Facebook ilk dəfə olaraq öz səhmlərini satışa çıxarır və ilkin qiyməti elan edib.

İPO – da , yəni ictimaiyyətə ilkin təklif adlanan bu ilk satışda Facebook öz səhminə 28-35 dollar qiymət qoyur.

Səhmlər bu qiymətə satılsa, Facebook 11,8 milyard dollar qazanacaq.

Bu, İnternet İPO-lar arasında rekord olacaq.

Hətta Google 2004-cü ildə İPO-dan cəmi 1,9 milyard dollar qazanmışdı.

Mark Zuckerberg

Mark Zuckerberg

Facebookun yaradıcısı və rəhbəri, bu ay 28 yaşı tamam olan Mark Zuckerbergin İPO-dan sonra Facebookda payı 31,5 faizə çatacaq.

Və əgər İPO-da bir səhm nəzərdə tutulan ən yuxarı qiymətə- 35 dollara satılsa, Zuckerbergin var-dövləti 17,6 milyard dollara çatacaq.

O, Forbes jurnalının ən varlılar siyahısında 33-cü yerə çıxacaq.

Satışa çıxarılan hissə Facebookun 12,3 faizidir.
Facebook keçən il təkcə reklamdan 3,7 milyard dollar qazanıb.

Facebookun 900 milyon istifadəçisi var.

Facebookun səhmi satışa mayın 18-də çıxarılacaq.
XS
SM
MD
LG