Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

Mahaçqalada terror maddəsi ilə cinayət işi açılıb


Mahaçqalada baş verən iki partlayış nəticəsində 13 adam ölüb, 109 adam yaralanıb. Bir nəfərin taleyi haqqında məlumatı yoxdur.

Bu haqda Dağıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölənlər arasında polislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və mülki şəxslər var. Partlayışı intiharçı törədib.

Baş verənlərlə bağlı terror maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG