Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Clinton: Cin və ABŞ arasındakı münasibətlər möhkəmdir


Çin və ABŞ arasındakı münasibətlər indiki qədər belə möhkəm olmayıb. Bunu ABŞ dövlət katibi Hillary Clinton Pekində bildirib. Çin prezidenti Hu Jintao ilə görüşündə Clinton bildirib ki, iki ölkə arasındakı münasibətlər çox açıqdır.

Hillary Clintonun Çinə səfəri hüquq müdafiəçisi Chen Guangcheng ətrafında baş verən hadisələrə təsadüf edir. Chen müalicə olunduğu Pekin xəstəxanasından ABŞ Konqresində onunla bağlı keçirilən dinləmələrin iştirakçılarına zəng edib. Bildirib ki, özünün və ailəsinin təhlükəsizliyinə görə narahatdır.

Chen ABŞ dövlət katibi Hillary Clintonla görüşmək istədiyin də bildirib.

Gözdən əlil olan Chen Guangcheng aprelin 27-də ev dustaqlığından qaçıb ABŞ-ın Pekindəki səfirliyinə sığınmışdı. Altı gün səfirlikdə qalandan sonra öz arzusu ilə səfirlikdən çıxıb Pekin xəstəxanalarının birinə yerləşmişdi.

Chen Guangcheng 2010-cu ilin sentyabrından ev dustağı idi. ABŞ dövlət katibi Hillary Clinton dəfələrlə Çin hökumətini Cheni azad etməyə çağırıb.
XS
SM
MD
LG