Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

Bahar Muradova: «Hər bir vətəndaş qanun çərçivəsində sərbəst toplaşmaq hüququndan istifadə edə bilər»


«Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu qanunun onlara verdiyi hüquqdur. Sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. Onun sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq.

«Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu»- deyə vitse-spiker vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG