Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:26

Nazir müavini: «Çovdar»dakı qızılı özümüz təmizləyəcəyik»


«Gədəbəy» və «Çovdar» qızıl yataqlarında xeyli qızıl çıxarılıb, hazırda hasil olunan qızılın tam təmizlənməsini həyata keçirmək üçün xüsusi zavod inşa olunur.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev məlumat verib.

Onun sözlərinə görə, xarici şirkət tərəfindən inşa olunan zavodun tikintisi başa çatmaq üzrədir: «İndiyədək qızılın tam təmizlənməsini xarici ölkələrdə həyata keçirirdik. Bu zavod istifadəyə verildikdən sonra qızılın tam təmizlənməsi Azərbaycanda gerçəkləşdiriləcək və nəticədə yüksək əyarlı qızıl əldə edəcəyik. Geoloji xidmət tərəfindən regionlarda yeni qızıl yataqları da aşkar edilib, hazırda o yataqlarda işlər gedir».

Günün bütün mövzuları

XS
SM
MD
LG