Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:41

Yük maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq


Yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacaq

Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev Ans Press-ə açıqlamasında bildirib ki, mayın 8-dən 28-ə qədər müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət qoyulmasına səbəb paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığının qarşısını almaqdır.

Bunun üçün hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.
XS
SM
MD
LG