Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:40

Bəzi xəstəxanalar gücləndirilmiş rejimdə işləyəcək


«Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı bəzi səhiyyə müəssisələri gücləndirilmiş rejimdə işləyəcək. Bunu Trend-ə Bakı Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Kliniki Tibbi Mərkəz, 2 saylı Şəhər Kliniki Uşaq Xəstəxanası, 5 saylı Şəhər Kliniki Xəstəxanasının Yanıq şöbəsi, 5 saylı Doğum Evi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

«Qonaqlardan xəstəliklə bağlı müraciətlər olsa, həmin şəxslər bu müəssisələrə aparılacaqlar», - Nağıyev əlavə edib.

O deyib ki, müəssisələr mayın 12-dən – «Eurovision»un məşqləri başlayandan gücləndirilmiş rejimdə işləyəcək. Adıçəkilən müəssisələrdə bunun üçün lazımi şərait yaradılıb və onlar nəzarətdə saxlanılır.

Rauf Nağıyevin sözlərinə görə, müsabiqə ilə əlaqədar dövlət səviyyəsində xüsusi ştab yaradılıb.
XS
SM
MD
LG