Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57

Çinli dissident xəstəxanadan zəng edib


Çinli dissident və hüquq müdafiəçisi Chen Guangcheng müalicə olunduğu Pekin xəstəxanasından zəng edib. O, ABŞ Konqresində onunla bağlı keçirilən dinləmələrin iştirakçılarına zəng edib. Bildirib ki, özünün və ailəsinin təhlükəsizliyinə görə narahatdır.

Chen hazırda Çində olan ABŞ dövlət katibi Hillary Clintonla görüşmək istədiyin də bildirib.

Gözdən əlil olan Chen Guangcheng aprelin 27-də ev dustaqlığından qaçıb ABŞ-ın Pekindəki səfirliyinə sığınmışdı. Altı gün səfirlikdə qalandan sonra öz arzusu ilə səfirlikdən çıxıb Pekin xəstəxanalarının birinə yerləşmişdi.

Chen Guangcheng 2010-cu ilin sentyabrından ev dustağı idi. ABŞ dövlət katibi Hillary Clinton dəfələrlə Çin hökumətini Cheni azad etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG