Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:15

Mahaçqalada iki partlayış olub, 10-dan çox ölən və 110-dan çox yaralı var


Mahaçqalada baş verən iki terror aktı nəticəsində 110-dan çox adam yaralanıb. RİA Novosti Dağıstanın hüquq mühafizə orqanlarına istinadən bildirir ki, 80 nəfər xəstəxanalara yerləşdirilib. Digərlərinə hadisə yerində yardım göstərilib.

Ölənlərə gəldikdə onların sayının 13, ya da 15 olduğu bildirilir. Ölənlər arasında polislər də var. Hüquq mühafizə orqanları ölənlərin sayının artacağını istisna etməyib.

Partlayışlar dünən gecə olub. RİA Novosti xəbər verir ki, əvvəlcə intiharçı Mahaçqala - Həştərxan yolundakı polis postu yaxınlığında maşın partladıb.
Birinci partlayışdan 20 dəqiqə sonra ikinci partlayış baş verib.

Hadisə yerində əməliyyatçılar işləyir. Terrorçuların axtarışı davam edir.
XS
SM
MD
LG