Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

AzadlıqRadiosunun verilişlər yaydığı ölkələrdən 13-də media “qeyri-azad”, ya da “qismən azad”dır


Radionun prezidenti Steve Korn
Radionun prezidenti Steve Korn
-

Azadlıq və Azad Avropa Radioları Korporasiyası bildirir ki, onun müxbirlərinin əksəriyyəti beynəlxalq təşkilatların mətbuatı azad olmayan ölkələrdə çalışırlar. Bu barədə radionun 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə yaydığı məlumatda bildirilir.

Radio qeyd edir ki, onun verilişlər yaydığı ölkələrdən 13-də medianın vəziyyətini Freddom House təşkilatı “qeyri-azad”, ya da “qismən azad” kimi qiymətləndirir.

Konkret misallar kimi məlumatda bildirilir ki, araşdırmaçı jurnalist Xədicə İsmayılova şantajla üzləşib. Buna görə hazırda ona beynəlxalq insan haqları təşkilatları və media orqanlarından dəstək gəlir. Onun çalışdığı Azərbaycanda vəziyyəti Freddom House “qeyri-azad” adlandırıb. Azərbaycan medianın vəziyyətinə görə 197 ölkə arasında ən sonlarda - 172-ci sırada qərar tutur.

Radionun prezidenti Steve Korn deyir: “Xədicənin başına gələnlər bir daha sübut edir ki, dünyada media azadlığı sahəsində görüləsi işlər hələ çoxdur. Belorusdan İrana, Mərkəzi Asiyadan Rusiyaya, Qafqaza, Əfqanıstana və Pakistana qədər böyük bir coğrafiyada bizim jurnalistlərimiz təhdidlər, bəzən isə daha ağır şərtlər daxilində çalışırlar.”

AzadlıqRadiosu Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə xüsusi video çarx da hazırlayıb.
XS
SM
MD
LG