Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

Almaniyanın dostları və əleyhdarları «Facebook»da


Azərbaycan hakimiyyətində aparılan anti-Almaniya kampaniyasına əks-reaksiyalar «Facebook» səhifələrindən gəlir. Bir qrup «Facebook» istifadəçisi «Almaniyanın dostları» səhifəsini yaradıb.

Azadlıq FM-in budəfəki müzakirəsi ««Facebook»da kampaniyalar»dır.

«Almaniyanın dostları» səhifəsinin yaradıcı Zöhrab İsmayıl bildirdi:

«Rəsmi mətbuat, «Yeni Azərbaycan» qəzeti yazır, fikir formalaşdırmağa çalışır ki, Almaniya Azərbaycana qarşı kampaniya aparır. Biz də fikirləşdik ki, görək sıravi adamlar nə fikirləşir. Hesab edirlərmi ki, Azərbaycanla Almaniya arasında problem var, yoxsa düşünürlər ki, Almaniyanın Azərbaycan xalqı arasında problem yoxdur? Bu qrupu yaratmaqda məqsədlərdən biri də hökumət mediasında gedən anti-alman kampaniyasına etiraz etməkdir…».

«Sabah» Vətəndaş Hərəkatının sədri Turan İbrahimovun mövqeyi belə oldu:

«Səhifənin yaradılması müxalifətin zəifliyini, acizliyini göstəricidir. Xarici televiziyada Azərbaycan hakimiyyəti əleyhinə 2 dəqiqəlik süjet gedəndə müxalifət bunu qələbə kimi qarşılayırlar. Bu, məndə qıcıq yaradır. Mən də vətəndaş kimi istəyərdim ki, ölkə müxalifətinin təsir imkanları daha güclü olsun…».

Efirə telefonla qoşulan bloqqer Əli Novruzov dedi ki, «Facebook»dakı kampaniyalar arasında real həyata təsir edən birini xatırlayır:

«Bakıda kinoteatrların birində Gürcüstan-Rusiya müharibəsindən bəhs edən filmin nümayişi nəzərdə tutulurdu. «Facebook»da etiraz başladı. Birdən məlum oldu ki, etiraz edənlərin əksəriyyəti kinoteatrın müştəriləridir. Rəhbərlik bu etirazı qulaqardına vurmadı. Yəni, «Facebook»da kampaniya aparmaq üçün təşkilatlanmaq azdır, bunun uğur qazanması üçün gərək real həyata bağlılığı olsun: kinoteatr-müştəriləri kimi…».

Müzakirəni tam olaraq buradan dinlə:

Şərhləri göstər

XS
SM
MD
LG