Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili jurnalistlərə qarşı hücumların təhqiqatına çağırır


Azərbaycanda jurnalist İdrak Abbasova apreldəki hücum və araşdırmaçı jurnalist Xədicə İsmayılovanı martda şantaj eləmək cəhdi jurnalistlərin peşəsiylə bağlı təzyiqlə üzləşməsinə ən son nümunələrdir.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling 3 May Dünya Mətbuat Azadlığı günüylə bağlı yaydığı bəyanatda belə deyir.

Sterling həm də bildirib ki, "Biz Abbasov və Ismayılovaya qarşı hücumların pislənməsini alqışlayırıq. Bu halların dərhal və ciddi criminal təhqiqatı lazımdır. Biz də həm də ümid edirdik ki, Elmar Hüseynovun 2005-ci ildəki qətli də açılacaq. Çünki jurnalistlər hədə-qorxuyla üzləşəndə, hücuma məruz qalanda, həbs ediləndə və ya oğurlananda başqa həmkarlarında özünü senzura başlayır. Bundan isə bütün cəmiyyət əziyyət çəkir".

Bəyanatda deyilir ki, ABŞ Dünya Mətbuat Azadlığı Günündə bütün hökumətləri müstəqil jurnalistlər üçün zorakılıqdan uzaq iş mühiti yaratmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG