Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:44

ABŞ çinli dissident Chen Guangchengin ölkədən çıxmaq istəməsini təsdiqləyib


Birləşmiş Ştatlar çinli dissident Chen Guangchengin ailəsilə ölkədən çıxmaq istəməsini təsdiqləyib.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland jurnalistlərə açıqlamasında bildirib.

Gözdən əlil hüquq müdafiəçisi Chen bu günlərdə ev dustaqlığından qaçaraq ABŞ səfirliyinə sığınmışdı.


O çərşənbə günü öz razılığı ilə səfirliyi tərk edib və hazırda Pekindəki xəstəxanalardan birindədir.

Amma indi özü və ailəsinin təhlükəsizliyindən narahat olduğunu deyir.
XS
SM
MD
LG