Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

Avtobus sürücülərinə qarşı reydlərə start verildi


Bakıda yol polisi avtobus sürücülərinin törətdiyi qəzaların qarşısını almaq və avtobus sürücüləri arasında nizam-intizamı artırmaq məqsədilə kütləvi reydlərə başlayıb.

Bu barədə «Trend»ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, mayın 3-də reydlər nəticəsində sürücülük vəsiqəsi olmadan avtobus sürən 36 sürücü aşkar edilib.

Bundan əlavə, müvafiq kateqoriyası olmayan 9, avtobusu dayanacaqlardan kənarda saxlayan 16 sürücü məsuliyyətə cəlb edilib.

Son 6 gündə Bakıda sərnişin avtobuslarının sürücüləri 3 ağır yol qəzası törədib. Nəticədə 30-dan artıq şəxs xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG