Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:22

Ermənistan seçkiləri: Dodi Gago, 30 saniyəılik inqilab


Çiçəklənən Ermənistan Partiyasının seçki lövhəsi
Çiçəklənən Ermənistan Partiyasının seçki lövhəsi
-


“Kim ki, işləyən adam mane olur, o, xalqın düşmənidir”- bunu Ermənistanın ən böyük oliqarxı hesab olunan Dodi Gago seçicilərlə görüşəndə deyib.

Mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkilərində ən böyük maraq doğuran suallardan biri Dodi Gagonun partiyasının göstərəcəyi nəticədir.

Ermənistanda daha çox Dodi Gago ləqəbi ilə tanınan Gagik Tsarukyan Çiçəklənən Ermənistan partiyasının sədridir.

1956-cı ildə Kotaykda bir kənddə anadan olan Gagik Tsarukyan 40 yaşına kimi qol güləşdirirdi. 40 yaşında ABŞ-da beynəlxalq armrestlinq yarışlarında hətta 3-cü oldu.

Dodi Gago hazırda “Ararat” şərab-araq zavodundan tutmuş, daş emalı, aviasiya xidməti, dərman və s. şirkətlərinə, sement zavoduna, mebel salonlarınadək geniş biznes şəbəkəsinin sahibidir.

Gagik Tsarukyan
Gagik Tsarukyan
DODİ GAGO, KOCHARYAN, SARKİSYAN

Bütün bu var-dövlət Gagoda hardandır?

Bu sualın Ermənistanda bir cavabı belədir ki, Dodi Gago keçmiş prezident Robert Kocharyanın əsas biznes tərəfdaşıdır.

İndiki prezident Serj Sarkisyanın Respublika Partiyasından olanlar isə Tsarukyanı kəskin tənqid edirlər.

Hakimiyyət nümayəndələri hesab edirlər ki, Dodi Gago hakimiyyətdə otura-otura müxalifət kimi danışır və populizmlə məşğuldur.

Bu günlərdə getdiyi Karpi kəndində zurna-nağara ilə qarşılanan Dodi Qaqo deyib: “Işsizlik, kasıblıq, mühacirət ölkəyə təhlükədir. Buna son qoymaq lazımdır. Vergi dəyişikliyi lazımdır. Əgər bir şəxs təkbaşına bizneslə məşğuldursa, onu vergidən azad etmək lazımdır”.

2007-ci ilin seçkilərində Çiçəklənən Ermənistan partiyası 25 yer qazanmışdı.

“30 SANİYƏLİK İNQİLAB”

Ermənistanın əsas müxalifət bloku olan Erməni Milli Konqresi isə öz tədbirlərini xəstələnmiş lideri Levon Ter-Petrosyansız keçirir. Onun yerinə mitinqlərdə Konqresin t'msil,il'rind'n olan Nikol Pashinyan danışır.

Talin şəhərində meydanda çıxış edən Pashinyan “30 saniyəlik inqilaba” çağırıb.

Keçmiş prezident Levon Ter-Petrosyan
Keçmiş prezident Levon Ter-Petrosyan
30 saniyəlik inqilab nədir?

Pashinyan deyir ki, seçki kampaniyasında nə olacağının heç bir əhəmiyyəti yoxdur. Əsas olan seçicinin məntəqəyə daxil olduğu, səs verdiyi vaxtdır.

O, səs verməyə sərf olunan 30 saniyənin vacibliyini vurğulayaraq hamını mayın 6-da 30 saniyəlik inqilaba çağırır.

Keçmiş baş nazir Grant Bagratyan isə Konqresin mitinqində deyib: Mayıən 6-da bizə şans verilir. Bu şans gələn ilin fevralındakı prezident seçkilərinəcən uzana bilər. Ondan sonra şans olmaycaq”.

DAŞNAKSÜTUN

Oliqarx Dodi Qaqonun Çiçəklənən Ermənistan partiyasını və müxalifətçi Ter-Petrosyanın Ermənistan Milli Konqresini Ermənistan İnqilabi Federasiyası Daşnaksütunla birləşdirən nədir?

Onların 3-ü də seçkilərə vahid nəzarət qərargahında birləşiblər.

Danaksütununun rəhbərlərindən olan Vaan Hovannisyan jurnalistlər üçün keçirilən tədbirdə deyib: “Əgər parlament seçkiləri saxtalaşdırılsa, vahid nəzarət qərargahı birgə aksiyalarla çıxış edə bilər”.

Ancaq o dərhal dəqiqləşdirir ki, Daşnaksütunun bu qüvvələrlə birgə alyansından və blokundan söhbət gedə bilməz.

Bəs “birgə aksiyalar” deyəndə, buna küçə nümayişləri daxildirmi? – sualına Hovannisyan cavab vermək istəməyib. O bildirib ki, bunu vəziyyət diktə edəcək.

Ancaq Hovannisyan deyib ki, “Dələduzluq dövlət səviyyəsində olubsa, bunda hakimiyyət, hakim partiya günahkardır. Onda etiraz dalğası qaçılmazdır. İndi mexanizmlər hazırlanır ki, saxtakarlıq olsa, bunu sübut etmək mümkün olsun.

Saxtakarlıq sübut olunsa, hakimiyyət buna reaksiya verməsə, küçələrə çıxmaq qaçılmazdır.”

İndiki parlamentdə Daşnaksütunun 16 deputatı var.

SORĞULAR

Sorğulara görə, seçkiləri prezident Serj Sarkisyanın Respublika partiyası udmalıdır.

Gallup İnternational Association-ın 5 gün qabaq elan etdiyi sorğu nəticələrinə görə, Respublika partiyası səslərin 27, Çiçəklənən Ermənistan 21 , Erməni Milli Konqresi 8,5 faizini yığmalıdır.

Başqa kənar sorğu mərkəzinin – Rusiyanın ictimai rəy mərkəzinin aprelin birinci yarısında keçirdiyi sorğuya görə, hakim Respublika partiyası səslərin 39, Çiçəklənən Ermənistan 36 faizini yığmalıdır. Bu sorğuya görə, Erməni Milli Konqresi 5 faizi güclə yığacaq.

Ancaq sorğuların özü Ermənistanda lətifə mövzusudur.

Daşnaksütun rəhbərlərindən olan Vaan Hovannisyan deyir ki, sorğuda əsas olan - kimin keçirməyi yox, kimin sifariş verməyidir. Sifariş verənə uyğun da cavab hazırlanır.

Hovannisyan həm hakimiyyətin, həm müxalifətin keçirdiyi sorğular haqda mətbuat konfransında belə bir lətifə danışıb:

“Küçədə bir vətəndaşa yaxınlaşıb, soruşurlar ki. kimə səs verəcəksən? Cavab verir ki, hakim partiyaya.

Sorğu keçirən deyir ki, düzünü demək istəmirsən, demə, daha yalan niyə danışırsan?”.

SEÇKİYƏ NƏZARƏT

Ermənistanda mayın 6-dakı seçkilərdə 1982 məntəqə olacaq.

Çiçəklənən Ermənistan partiyası bütün məntəqlərdə seçki prosesini videoya çəkəcək.
Partiyanın bütün yerli şöbələrinə videkameralar paylanır.

Erməni Milli Konqresi isə hesab edir ki, hər məntəqədə Konqresin 2 nümayəndəsi olsa, bəsdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG