Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

Bryza deyir ki, Azərbaycan rəhbərliyinin müharibə etmək niyyəti yoxdur


Matthew Bryza

Matthew Bryza

.

Irena Chalupa



“ABŞ-ın Cənubi Qafqaz siyasəti enerji, təhlükəsizlik və daxili islahat maraqları üzərində qurulsa da, daxili islahatlar əsas prioritet olmalıdır”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, indi Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Matthew Bryza Vaşinqtonda Jamestown Fondunda “Amerika, Avropa və Cənubi Qafqaz: Dəyişən dünyada tərəfdaşlıq qurmaq” mövzusunda keçirilən dəyirmi masada belə deyib.


İSLAHATLAR ÖNƏMLİDİR, AMMA...

Ancaq Bryza Azərbaycanla bağlı məsələdə daxili islahatlara həddindən çox diqqət üzündən digər sahələrdə geriləmə olduğunu deyib:

“Daxili islahatlar əsas prioritet olmalıdır. İslahatlar məsələsində enerji və təhlükəsizlik məsələsində olduğu qədər irəliləyiş əldə etməsək Cənubi Qafqaz ölkələri ilə davamlı əməkdaşlıqdan söhbət gedə bilməz. Çünki, orada daxili sabitlik olmayacaq.

Ancaq eyni zamanda, mənim fikrimcə, biz son bir neçə ildə bəzi ölkələrdə daxili islahatlar məsələsinə o qədər aludə olmuşuq ki, bəzən oradakı enerji və təhlükəsizlik maraqlarını yetərincə inkişaf etdirməmişik. Xüsusilə Azərbaycan, həmçinin Gürcüstan misalında belədir. Haradakı daxili islahatlar ləng gedir və ya geriləmələr var”.


“ƏLİYEV MÜHARİBƏ ETMƏK FİKRİNDƏ DEYİL”

Bryza bildirib ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyəti yoxdur. Azərbaycan rəhbərliyi – Prezident İlham Əliyev iqtisadi dəyişikliklər yolu ilə ölkənin qüdrətini artırmaq tərəfdarıdır və bu üzdən onların yeni müharibəyə girəcəyini düşünmürəm. Bryza Azərbaycan və Ermənistanın hərbi ritorikadan sadəcə danışıqlar prosesində bir taktika olaraq istifadə etdiklərini də deyib.
...mənim fikrimcə, biz son bir neçə ildə bəzi ölkələrdə daxili islahatlar məsələsinə o qədər aludə olmuşuq ki, bəzən oradakı enerji və təhlükəsizlik maraqlarını yetərincə inkişaf etdirməmişik. Xüsusilə Azərbaycan, həmçinin Gürcüstan misalında belədir. Haradakı daxili islahatlar ləng gedir və ya geriləmələr var.

Azərbaycana səfir gəlməzdən əvvəl ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaratdığı Minsk Qrupunda həmsədr olan Bryza münaqişənin həllindəki problemlərdən də danışıb.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas problem prezidentlərin bir-birinə etimad göstərməməyidir.

O deyir ki, nə qədər ki, ABŞ hökuməti şəxsən, ən yüksək səviyyədə, təbii ki, Minsk Qrupunkı digər həmsədr dövlətlərin də dəstəyi ilə tərəfləri - Əliyev və Sarkisianı bir masada oturub, bir-birinə güvənməklə danışıqların vacibliyinə inandırmır, irəliləyiş gözləmək də düzgün deyil.


TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ

Bryzanın sözlərinə görə, “Biz nə qədər Türkiyə və Ermənistan münasibətlərinin yaxınlaşmasını istəsək də, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmayınca bu mümkünsüzdür.

Burada çox sadə məntiq var. Türkiyə Ermənistanla sərhədlərini Azərbaycanla həmrəylik üçün bağlayıb və vəziyyət dəyişməsə sərhədlər açılmayacaq. Türkiyə hökuməti bir ara Azərbaycan tərəfinin etirazına baxmayaraq bəzi danışıqlara girsə də, bunun real olmadığını anlayıb vaz keçib. Söhbət heç yekun sülh sazişindən də getmir, sadəcə münaqişənin həllində önəmli irəliləyiş olmalıdır”.


“ABŞ QARABAĞDAKI ETNİK TƏMİZLƏMƏNİ SANKİ GÖRMÜR”

Jamestown Fondunun eksperti Vladimir Socor isə deyib ki, ABŞ-ın Qafqazdakı enerji maraqlarının gerçəkləşməsinə mane olan əsas amil Rusiyadır. Rusiya faktiki olaraq regionda donmuş münaqişələrin indiki vəziyyətdə qalmasını inhisara alıb.

Socorun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı bir yanlışlıq da var:

“Qarabağ münaqişəsi təkcə həll olunmamış münaqişə deyil. Qarabağda həmçinin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük etnik təmizləmə aparılıb. 100 min azərbaycanlı evlərindən qovulub.

Qarabağ münaqişəsi təkcə həll olunmamış münaqişə deyil. Qarabağda həmçinin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük etnik təmizləmə aparılıb. 100 min azərbaycanlı evlərindən qovulub.
ABŞ hökuməti ümumilikdə dünyada etnik təmizləməyə qarşı çıxsa da, bəzən hərbi, bəzən də bəyanatlar yolu ilə bunun qarşısını alsa da, Azərbaycanla bağlı vəziyyət sanki diqqətdən uzaqda qalıb.

İkinci Dünya müharibəsindən sonra ən geniş etnik təmizləmə, Avropanın və regionun ən böyük qaçqınlar ordusu faktına yetərincə diqqət yetirilmir”.


“CƏNUBİ QAFQAZDA TƏHLÜKƏSİZLİK VAKUUMU YARANIB”

Socor bildirib ki, NATO yanlış siyasətlərlə faktiki olaraq Cənubi Qafqazda qatarı qaçırıb, imkanı əldən verib. NATO-nun Avropanın birbaşa qonşuları – Ukrayna, Moldova, Cənubi Qafqazla bağlı heç bir təhlükəsizlik planı, burada mövcudluq şansı yoxdur:

“NATO buradan uzaqda qalmaqla Avropa üçün vacib enerji dəhlizində, Cənubi Qafqazda təhlükəsizlik vakuumunun – boşluğunun yaranmasına göz yumub. Bir azdan keçiriləcək Çikaqodakı NATO sammitində bu cür müzakirələri eşitməyəcəksiniz. Çünki NATO sammitlərində atılan addımlar təkrar gözdən keçirilmir və ya səhvlər etiraf olunmur. Ancaq artıq səhvlərin araşdırılıb, vəziyyətin düzəldilməsi üçün səylər artırmaq vaxtı çatıb”.

Socor bildirib ki, NATO ən azından Gürcüstan məsələsində fəal olmalıdır. Onun fikrincə, Gürcüstan ordusunu müasirləşdirmək, onlara sırf müdafiə üçün lazım olan güclü silahlarla təmin etmək lazımdır ki, Gürcüstan özünü müdafiə edə bilsin.

Vladimirin Socorun sözlərinə görə, yəqin bəziləri xatırlayır ki, 2008-ci ilin avqustunda Gürcüstanın ən müasir təlim görmüş 2300 əsgəri İraqda ABŞ əsgərləri ilə yanaşı vuruşurdu, halbuki müharibənin getdiyi öz ölkəsində ola bilərdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG