Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:29

Rəsm əsəri 120 milyon dollara satıldı (FOTOQALEREYA)


Mayın 2-də Sotheby's Hərrac Evində Edvard Munch-in «Haray» əsəri nümayiş olunur.
Mayın 2-də Sotheby's Hərrac Evində Edvard Munch-in «Haray» əsəri nümayiş olunur.
-


Mayın 2-də Sotheby's Hərrac Evində tanınmış Norveç rəssamı ekspressionist Edvard Munkun (Edvard Munch) «Haray» əsərinin dörd variantından biri 120 milyon dollara satılıb.

Satış ərəfəsində auksionun saytında rəsm əsərinə 80 milyon dollar qiymət qoyulduğu yazılırdı.

Amma dünən tablo nə az-nə çox—düz 119 milyon 922 min 500 dollara satılıb!

Xəbəri Agence France-Presse yayıb və vurğulayıb ki, bu indiyədək auksionlarda sənət əsərinə ödənilən ən böyük məbləğdir.

Bir müddət əvvəl Picassonun «Çılpaq, yaşıl yarpaqlar və büst» tablosu rekord qiymətə - 106,5 milyon dollara satılmışdı.

Agentlik bildirir ki, Sothebys-də «Haray» əsəri üçün 80 milyon dollardan başlanan açıq hərrac 12 dəqiqənin içində rekord qiymətə qalxıb və 12-ci dəqiqədə satış gerçəkləşib.

Əsəri kimin aldığı gizli saxlanılır.

Munk əsəri 1895-ci ildə çəkib.

Əsər indiyədək milyarder Petter Olsen-ə məxsus idi.

Milyarderin atası Thomas Olsen rəssamın həm qonşusu, həm də dostu olub.

Xatırladaq ki, Munk 4 «Haray» rəsmi çəkib. Müxtəlif texnikayla işlənən 3 «Haray» rəsmi muzeylərdədir - ikisi Munsh muzeyində, biri isə Norveç Milli Sənət, Arxitektura və Dizayn Muzeyində.

«Haray» rəsmləri iki dəfə oğurlanıb.

1893-cü ildə çəkilən birinci «Haray» əsəri (Der Schrei der Natur—Təbiətin harayı) 101 il sonra - 1994-cü ildə Norveç Muzeyindən oğurlanıb. Xoşbəxtlikdən bir neçə aya rəsmi tapmaq mümkün olub.

İkinci «Haray» rəsmi rəssamın Oslodakı öz muzeyindən 2004-cü ildə oğurlanıb. İki il sonra əsəri geri qaytarmaq mümkün olub.

Təkcə şəxsi kolleksiyada olan «Haray» düz 70 ildir ki, Olsenlərin kolleksiyasında qorunur.

Hərracdan əvvəl Norveçli iş adamı olan Petter Olsen satışdan qazandığı pula muzey, ya sənət mərkəzi açmaq fikrində olduğunu söyləmişdi.

Satış qiymətinə baxsaq, inamla demək olar ki, Petter Olsen arzusuna qovuşacaq.

Dünyanın ən bahalı rəsm əsərləri
XS
SM
MD
LG