Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Serbiya seçkiləri: seçiciləri dolamaq?


Serbiyalı siyasi karikaturaçı rəssam Corax-ın əsəri.

Serbiyalı siyasi karikaturaçı rəssam Corax-ın əsəri.

-



Mayın 6-da Serbiyada eyni gündə bələdiyyə, parlament və prezident seçkiləri keçiriləcək. Üç seçkinin eyni gündə keçirilməsi seçiciləri çaşdırmaq üçün kifayət qədər tutarlı səbəbdir.

Lakin serbiyalı siyasi karikaturaçı rəssam Corax-ın işarə etdiyi kimi seçicilərin bundan daha böyük problemi var - onların liderlərinin ikisi də vətəndaşlara eyni seçimləri təklif edir.

Rəssama görə, prezident Boris Tadic (soldakı) Avropa yönlü olsa da, rəqibi Tomislav Nikolic-in tərəfdarlarının səsini almaq üçün özünü millətçi kimi göstərir. Nikolic (sağdakı) də əksinə Avropa meylli kimi addımlarla bu təbəqənin səslərini almağa çalışır.

Karukaturaçı rəssam deyir ki, bu, seçiciləri “Buridan eşşəyi” vəziyyətinə qoyur. 14-cü əsr Fransız filosofu Jean Buridanın iradə azadlığındakı ziddiyyəti göstərmək üçün bu ifadədən istifadə edib.

Paradoks ondadır ki, ac adam eyni uzaqlıqda yerləşən və eyni cür olan iki yemək arasında hansını seçəcəyini müəyyən edə bilməyib acından əziyyət çəkə bilər.

Tadic və Nikolic rəy sorğularında bir-birini yaxından təqib etdiyi vaxtda Serbiyada işsizlik 24 faiz səviyyəsindədir. Bir çox serb bu metaforanın yerində olduğunu hesab edir.

Karikaturanı AzadlıqRadiosunun Balkan xidməti təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG