Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:02

Moskvada raketdən müdafiə konfransı keçirilir


Rusiya paytaxtı raketdən müdafiəyə həsr edilmiş konfransa ev sahibliyi edir.

Məlumata görə, Rusiya rəsmiləri NATO-nun Avropada nüvəyə qarşı qurduğu planı göstərmək üçün kompüter modelindən istifadə etmək niyyətindədirlər.

Konfransdan öncə ABŞ-ın raketdən müdafiə və strateji stabillik üzrə nümayəndəsi Ellen Tauscher deyib ki, ABŞ öz sistemini qurmaqda israrlıdır və bunun Moskvaya hər hansı təsiri olmayacaq.

NATO və Rusiya raketdən müdafiə sahəsində əməkdaşlıq etməyin yollarını axtarmaq üçün 2010-cu ildə razılığa gəlib, amma işi reallaşdıra bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG