Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:49

Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur [VİDEO]


Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur

Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə mayın 3-də bir qrup jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib.

Ziyarətçilər Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirib, Elmar Hüseynovun qatilinin hələ də tapılmamasını pisləyiblər.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır.

3 may - Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın izhar edilməsi üçün bir imkandır. Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən qeyd olunur.

Azərbaycanın rəsmi mövqeyi odur ki, ölkədə söz və mətbuat azadlığı tam təmin olunub. Jurnalist fəaliyyətinə görə də heç kim həbsdə deyil.

Amma yerli hüquq müdafiəçilərinin bir qrupu hazırda Azərbaycanda 6 jurnalistin həbsdə olduğunu, digər qrupu isə yalnız bir jurnalistin həbsdə olduğunu bəyan edir.

ABŞ-da yerləşən Freedom House qeyri-hökumət təşkilatının mayın 1-də açıqladığı hesabatda qeyd olunur ki, «Azərbaycanda media azad deyil».

Qurumun son hesabatında Azərbaycan 80 balla Rusiya və Zimbabve ilə 172-174-cü yerləri bölüşür.

Bundan əvvəl də Freedom House Azərbaycan mediasını «qeyri-azad» adlandırırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG