Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Ümummilli liderin adını kitablardan silirlər


Türkmənistanda dərsliklərdə Niyazovu Berdıməhəmmədov əvəzləyir. Şəkil: Azadlıq Radiosunun Türkmənistan xidməti

Türkmənistanda dərsliklərdə Niyazovu Berdıməhəmmədov əvəzləyir. Şəkil: Azadlıq Radiosunun Türkmənistan xidməti

Türkmənbaşının – türkmənlərin sabiq “ümummilli lider”inin adı orta məktəb dərsliklərindən çıxarılır.

Bunu Azadlıq Radiosunun Türkmənistan xidmətinin rəhbəri Məhəmməd Tahir deyir.

- Mayın sonlarında Türkmənistanda şagirdlər öz dərsliklərini məktəb kitabxanasına qaytarırlar. Aldığımız məlumata görə, həmin dərsliklər artıq gələn ildən istifadə olunmayacaq. Artıq məktəblərə yeni dərsliklər gətirilir. Həmin dərsliklərə isə dəyişikliklər edilib. 2-ci səhifədə 5 il qabaq vəfat etmiş Niyazovun şəkli yeni rəhbər Berdımuhammedovun şəkli ilə əvəzlənib. Niyazovun “Ruhnamə” əsərindən parçalar çıxarılıb və yeni prezidentin ideoloji mövzuda çıxışlarından sitatlarla əvəzlənib.

M.Tahir deyir ki, bu, Türkmənistanda yeni prezidentin dövründə şəxsiyyətə pərəstiş meyllərinin azalacağı haqda ümidlərin puç olduğunu göstərir.

- Aşqabadın bəzi rayonlarında yeni prezidentin heykəlləri də peyda olmağa başlayıb. Halbuki Berdımuhammedov hakimiyyətə gələndən sonra sabiq prezidentin Aşqabadın mərkəzindəki böyük heykəlini şəhərin kənarına köçürəndə bəziləri ölkədə şəxsiyyətə pərəstiş meyllərinin getdikcə zəifləyəcəyini düşünürdü.

M.Tahir deyir ki, keçmiş prezidentin dövründə olduğutək indi də dövlət məmurlarının otaqlarında prezidentin portreti var. Sadəcə, köhnə rəhbərin şəklini yenisinin portreti əvəzləyib.

- Türkmənistandakı bayramlarda dövlət orqanlarında çalşanlar və şagirdlər, tələbələr küçələrə çıxarılırlar. Onlar da əllərində yeni prezidentin şəkillərini, onun fikirlərinin əks olunduğu şüarlar tuturlar. Yeni prezident haqda çıxışlar edilir, təriflər səslənir.

M.Tahir deyir ki, düzdür, keçmiş prezidentin adı və şəkli kitablardan çıxarılır. Amma bu onun irsinə tənqidi münasibətlə müşayiət edilmir, sadəcə o, ikinci plana keçir.
Berdımuhammedovun şəkli Aşqabaddakı bina üzərində

Berdımuhammedovun şəkli Aşqabaddakı bina üzərində


Berdımuhammedovun portreti cıdır yarışında

Berdımuhammedovun portreti cıdır yarışında


Berdımuhammedovun portreti Yemiş bayramı ilə bağlı mərasimdə

Berdımuhammedovun portreti Yemiş bayramı ilə bağlı mərasimdə


Türkmənistanda prezidentin şəkli avtobusda

Türkmənistanda prezidentin şəkli avtobusda

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG