Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:30

Yasamalda yol qəzasında bir neçə sərnişin yaralanıb


Foto arxiv
Foto arxiv
Bakının Yasamal rayonunda marşrut avtobusu yol qəzası törədib.

APA-nın məlumatına görə,17 saylı marşrut avtobusu Şərifzadə küçəsində yoldan çıxaraq ətrafdakı maneəyə dəyib.

Nəticədə sürücü və avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası xəsarət alanların 6 nəfər olduğunu və onlara tibbi yardım göstərildiyini deyir.
XS
SM
MD
LG