Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:38

Emin Ağalarova Eurovisionda çıxış üçün dəvət göndərilməyib?


Eurovision üçün tikilən "Kristal zal"

Eurovision üçün tikilən "Kristal zal"

-



Eurasinet.org saytı yazır ki, Eurovision Bakı finalına 3 həftə qalmış yarışmayla bağlı başqa bir intriqa həllini tapmayıb. Azərbaycan prezidenti İlham Əliyevin kürəkəni Emin Ağalarovun müsabiqənin fasiləsində çıxış etməsiylə bağlı məsələdən söhbət gedir.

Prezidentin qızı Leyla Əliyevanın həyat yoldaşı olan 32 yaşlı Emin Ağalarov hələ mart ayında elan edib ki, Bakıdakı finalda o da səhnədə olacaq. Azərbaycan mediası isə bu xəbəri artıq təsdiqlənmiş kimi qəbul edib yaydı.

Hökumətin tənqidçiləri isə bu xəbəri də Əliyev ailəsinin şəxsi maraqlarının ictimai maraqlarla qarışdırmasına növbəti nümunə kimi qəbul elədilər. İş ondadır ki, Mehriban Əliyeva Eurovision Təşkilat Komitəsinin sədridir.

Ağalarovun finalda çıxış edəcəyi xəbəri isə Avropa Yayım İttifaqı üçün də sürpriz oldu. İttifaqın rəsmisi və Eurovision müsabiqəsinin təşkilati işlərinə nəzarət edən Sietse Bakker bildirir ki, təşkilatçılarda Eminə dəvət göndərilməsindən xəbərdar deyillər:

“Bu ana biz hələ intervallarda kimin çıxış edəcəyi ilə bağlı heç bir qərar verməmişik. Biz həmin qonaqları tədbirin başlanmasına qısa bir müddət qalmış açıqlayacağıq”.

Müsabiqənin ilk yarımfinalı mayın 22-də başlayacaq və mayın 26-da final olacaq. Yarışı 10 milyonlarla adamın izləyəcəyi gözlənir. Maraqlıdır ki, müsbiqə məhz Emin Ağalarovun son “İldırımdan sonra” albomunun təqdimatından bir gün sonraya təsadüf edir.

Agalarov öz şəxsi saytında bildirib ki, Eurovisionda çıxışı “həyatda bir dəfə ələ düşən fürsət kimi” dəyərləndirir. Ancaq Sietse Bakker bildirir ki, Emin tələsib, çünki müğənnilərin öz saytlarında nə yazmasından asılı olmayaraq, onlar öz qonaqlarını ən sonda elan edirlər”. Bakkerin sözlərinə görə, həmin qonaqları çağırmaq İctimai TV-nin məsuliyyətidir. Amma sonda səhnəyə çıxacaq qonaqların siyahısını Eurovision Mahnı Müsabiqəsi Komitəsi təsdiq edir.

Ictimai TV isə Emin Ağalarovla bağlı suallara cavab vermir.

Sietse Bakker Azərbaycan prezident ailəsinin Eurovision müsabiqəsinin təşkilati işlərində əsas yükü çəkməsi ilə bağlı yaranan ab-havanı da düzgün saymır. Bakker deyir ki, bütün Avropadan 1000-ə yaxın adam Eurovision yarışmasını yaxşı təşkil etmək üçün çalışır. Mehriban Əliyeva təşkilat komitəsinin rəhbəri olsa da, ümumilikdə şouların hamısı Avropa Yayım İttifaqının nəzarətində hazırlanır.

Aprelin 30-da yarışa hazırlıq üçün keçirilən konsertdə çıxış edən Emin Ağalarov Eurovision.az saytına müsahibəsində bildirib ki, bu yarış bütün ölkə, şəhər üçün özünü göstərmək imkanı yaradacaq.

Şərhləri göstər

XS
SM
MD
LG