Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:53

Avstriya futbol üzrə Avropa çempionatını baykot edəcək


Avstriya hökuməti həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun səhətinə görə, 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatını baykot edəcəyini bildirib.

Xarici işlər naziri Michael Spindelegger ölkə rəsmilərinin bu oyunlardan heç birində iştirak etməyəcəyini deyir.

Həmçinin Almaniya xəbərdarlıq edib ki, əgər Kiyev Timoşenkonun səhətiylə bağlı beynəlxalq narahatlığa məhəl qoymasa Ukrayna ilə Avropa Birliyi arasında asosasiya razılşamasının imzalanması sual altına düşəcək.

Timoşenko hazırda səlahiyyətlərini aşma itrtihamıyla 7 illik həbs cəzası çəkir.

O həbsinin siyasi motivli olduğunu, onunla pis rəftar olunduğunu, bu günlərdə isə həbsxana işçiləri tərəfindən döyüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG