Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

Almaniya səfirliyi: «Səfir İctimai Palata ilə görüşdə çıxış etməyib»


Almaniya bayrağı

Almaniya bayrağı

Almaniyanın Azərbaycandakı səfirliyi Vyana Konvensiyasını pozması haqqında səfir Herbert Quelle'yə yönələn ittihamları rədd edir. Səfirlik həmçinin Almaniya hökumətinin Azərbaycana qarşı kampaniyada iştirakı barədə iddialarla razılaşmır.

Almaniya hökumətinə qarşı həmin ittihamlar «Yeni Azərbaycan» qəzetinin 27 aprel sayında dərc olunmuş «Diplomatik sifariş: müxalifət, «Eurovision»a hazır ol!» başlıqlı məqalədə yer almışdı.

Səfirlikdən AzadlıqRadiosuna verilən məlumatda daha sonra deyilir:

«Həmin məqalədə aprelin 24-də İctimai Palata və diplomatik korpusun nümayəndələri arasında keçirilmiş görüşdə səfir Quelle'nin söylədiyi ehtimal edilən fikirləri rədd edirik. Səfir görüşdə çıxış etməyib. Məqalədə söylənildiyi ehtimal edilən fikirlərə istinadən yazılan ittihamlar əsassız və sübutsuzdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG