Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:47

Sürücülər nəqliyyat departamentindən narazılıq edirlər [Video]


Sumqayıtda sürücülərin etirazı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Mayın 2-də mikroavtobuslarla Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərlə şəhər nəqliyyat departamentinin rəhbərliyi arasında mübahisə yaranıb. Məsələyə polis müdaxilə edib. Sürücülərdən biri – Elsevər Qafarov polis bölməsinə aparılıb. Öz yoldaşlarının saxlanmasına etiraz edən sürücülər bölmənin qarşısına toplaşıblar. Bir müddət sonra polis Elsevər Qafarovu buraxıb.

Sürücülər AzadlıqRadiosuna bildiriblər ki, neçə illərdir Bakıdan - metronun «20 Yanvar» stansiyasından Sumqayıta sərnişin daşıyırlar. Sürücülərin dediyinə görə, son vaxtlar Sumqayıt şəhər Nəqliyyat Departamenti onların işləməsinə imkan vermir. Yollarını kəsib sənədlərini alır, maşını cərimə meydançasına aparırlar.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə deyir ki, Bakıdan Sumqayıta avtobuslarla sərnişindaşıma «avtovağzaldan avtovağzala» prinsipi ilə həyata keçirilməlidir:

«O sürücülər yəqin ki, bu prinsipi pozduqları üçün barələrində tədbir görülür».

Namiq Həsənov bildirir ki, avtobuslar standartlara uyğundursa, lisenziya şərtlərini pozmurlarsa və qeyri-qanuni xəttə daxil olmurlarsa, onlardan heç kim saxlanmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG