Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:28

XİN xarici qonaqların Azərbaycandakı görüşlərinə məhdudiyyət qoymur


Elman Abdullayev

Elman Abdullayev

«Azərbaycana gələn xarici qonaqların ölkədəki görüşlərinin təşkilatçılığına XİN cəlb olunsa da, həmin qonağın kimlərlə görüşüb-görüşməməsinə məhdudiyyət qoymur. XİN əsasən xarici qonaqların Azərbaycan rəsmiləri ilə görüşlərinin təşkilatçılıq işinə cəlb olunur. QHT-lər, müxalifət təmsilçiləri ilə görüşləri isə həmin dövlətin səfirliyi təşkil edir».

Bunu AzadlıqRadiosuna XİN-in sözçüsü Elman Abdullayevin Almaniyanın xarici işlər naziri Gido Vestervellenin bu ilin martında Azərbaycana səfəri zamanı müxalifətlə görüşünə münasibət bildirərkən deyib.

Həmin görüşlər parlamentdə tənqid olunmuşdu.

Almaniya səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova isə gunxeber.com-a demişdi ki, cənab Gido Vestervellenin Bakıda vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcəyi barədə əvvəlcədən Azərbaycana rəsmi məlumat verilmişdi. «Bu görüşlər Almaniya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanla razılaşdırılmışdı. Buna görə də parlamentdə belə etirazların səsləndirilməsinə əsas görmürük».

Elman Abdullayev deyir ki, bəzi xarici qonaqlar nəzakət xatirinə Azərbaycanda keçirəcəkləri bütün görüşlər barədə XİN-i məlumatlandırırlar. Bəziləri isə bunu etmir və buna görə də hər hansı məhdudiyyət yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG