Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycana səfər edəcək


Türkiyə Quru Qoşunlarının komandanı Hayri Kıvrıkoğlu'nun Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

İyun ayının əvvəllərinə gerçəkləşəcəyi gözlənilən səfər ordu generalı H. Kıvrıkoğlu'nun Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc APA-ya səfərə hazırlığın getdiyini təsdiqləsə də, tarixi barədə məlumat verməyib.

General H. Kıvrıkoğlu 2011-ci ilin avqust ayında Türkiyə Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG