Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32
AzadlıqRadiosunun «Qaynar xətt»inə müraciət edən Daşqın Qaraşlı deyir ki, qardaşı Hafiz Hidatov 1994-cü ildə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində döyüşlərdə həlak olub. 10 ildən artıqdır ki, Sumqayıt bələdiyyəsinə torpaq sahəsi ayrılması üçün müraciət etsələr də, indiyə qədər torpaq sahəsi ayrılmayıb. Deyir, müvafiq qurumlar torpaq sahəsi ayırmaqdan rəsmən imtina etməsələr də, üzərilərinə düşən öhdəliyi də yerinə yetirmirlər.

Daşqın Qaraşlı: «Bizim çoxsaylı müraciətlərimizdən sonra təqribən 2001-ci ildə bizi Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə çağırdılar. Torpağın təyinatı ilə bağlı iki dəfə ərizəmizi dəyişdirməyi xahiş etdilər və biz hər dəfə ərizələrimizi dəyişməli olduq. Bundan sonra bizi Sumqayıtda «Yaşıl dərə» deyilən yaşayış massivinə aparıb torpaq sahəsi göstərdilər. Dedilər ki, sizə burdan torpaq sahəsi ayıracağıq. Ancaq elə o vaxtdan da səs-səmir çıxmadı».

Daşqın Qaraşlı deyir ki, əvvəllər hər dəfə ora-bura şikayət edəndən sonra ailə üzvlərini ya Sumqayıt şəhər İcra Hakimiyyətinə, ya da Sumqayıt şəhər bələdiyyəsinə çağırırdılar. Orada onları arxayın edirlərmiş ki, bir az da səbir etsinlər, yaxın vaxtlarda məsələ həllini tapacaq. Ancaq sonuncu vədlərdən 5 il keçib. İndi heç bunu da etmirlər.

Sumqayıt şəhər Bələdiyyəsindən «Qaynar xətt»ə bildirdilər ki, torpaq sahəsinin nömrəsi Sumqayıt şəhər İcra Hakimiyyətindən vaxtında göndərilmədiyindən bir neçə il əvvəl müvafiq rəy verə bilməyiblər. Sonra da «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunda dəyişikliklərlə əlaqədar torpaq sahələrinin ayrılması müvəqqəti dayandırılıb.

«Bundan sonra bir daha bələdiyyəyə müraciət edilməyib. İndi bələdiyyəyə bir daha müraciət edib məsələni aydınlaşdırmalıdırlar», - Sumqayıt şəhər Bələdiyyəsindən belə deyiblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG