Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:44

Misirdə aksiyaçılara hücum olub, azı 5 adam ölüb


Qahirədə Müdafiə Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası iştirakçılarına hücum olub. Azı 5 adam ölüb, 50-dən çox adam yaralanıb.

Bu haqda yerli fəallar və tibb işçiləri məlumat verib. Aksiya iştirakçılarının çoxu seçkilərdə iştirakı qadağan edilmiş sələfi namizəd Hazim abu İsmayılın tərəfdarları olub.

Misirdə Hosni Mubarakin devrilməsindən sonra ilk dəfə olaraq prezident seçkisi keçiriləcək. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparacaq.

Seçki mayın 23-24-də olacaq. İlk mərhələdə namizədlər 50 faizdən çox səs toplaya bilməsə, iyunun 16-17-də seçkinin ikinci mərhələsi keçiriləcək.
XS
SM
MD
LG