Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:27

Talibanın danışıqlar istəyən 25 nəfərlik qrupu öldürülüb



Əfqanıstanın təhlükəsizlik idarəsinin rəhbəri Rahmatulah Nabil bildirir ki, bugünlərdə Taliban yaraqlılarının rəhbərlərindən biri 25 nəfər tərəfdaşı ilə birlikdə qətlə yetirilib.

Onun bildirdiyinə görə öldürülən adam Talibanın hərbi şurasının sədrinin müavinidir. Rahmatulah Nabil hesab edir ki, o, Əfqanıstan hakimiyyəti ilə danışıqlara hazırlaşdığı üçün öldürülüb.

Amma Talibanın sözçüsü həmin adamın ölməsi barədə deyilənləri yalan adlandırır, bildirir ki, belə hadisə olmayıb.

ABŞ və Əfqanıstan hökumətinin Talibanla apardığı danışıqlar mart ayında dalan dirənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG