Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23
Bu il bəstəkar Rauf Hacıyevin 90 illik yubileyi tamam olur.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi mayın 15-də bəstəkarın şərəfinə onun «Talelər qovuşanda» tamaşasını nümayiş etdirəcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat əlaqələndiricisi Vəfa Mühacirova verib.

Tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Emil Heydərov və başqaları çıxış edəcək.

Tamaşa Dövlət Rus Dram Teatrının binasında oynanılacaq.

Operettada əsas partiyaları vokalçı Nərgiz Kərimova (Nərgiz) və müsabiqə yolu ilə teatra qəbul edilən gənc solist Elvin Əliyev (Əli) ifa edəcək.

Xəbərdə vurğulanır ki, Rauf Hacıyev Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, «Gənclik» simfoniyası, skripka ilə simfonik orkestr üçün Konserti və bir-birindən gözəl estrada mahnıları ilə daxil olub.

Rauf Hacıyev həm də ölkədə çox populyar olan «Sevgilim» mahnısının bəstəkarıdır.

Onun yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqi də çox önəmlidir. Rauf Hacıyev onlarla filmin və teatr tamaşasının musiqi müəllifi olub.

Uzun illərdir ki, Musiqili Komediya Teatrının repertuarında yer alan «Talelər qovuşanda» tamaşası da bəstəkarın ən uğurlu işləri sırasına daxildir.
XS
SM
MD
LG