Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:06

Jurnalist İdrak Abbasov xəstəxanadan çıxıb


Mayın 1-də jurnalist İdrak Abbasov xəstəxanadan evə buraxılıb. Bundan sonrakı müalicəsini o, evdə keçirəcək.

Bu haqda AzadlıqRadiosuna İdrak Abbasov məlumatı verib:

«Gözüm yaxşı görmür, böyrəklərimdə ağrı var, qabırğalarımın sınığı hələ birləşməyib. Sadəcə xəstəxanada müalicə kursu qurtardı. Həkimlə məsləhətləşdim, iynə-dərman yazıb. Səhhətimdə nəsə pisləşmə olsa, dərhal xəstəxanaya qayıda bilərəm. İki gözümdə də görmə zəifliyi var. Ancaq xəsarət alan gözüm isə elə bil nazik pərdə ilə örtülüb».

İdrak Abbasov deyib ki, aprelin 30-da Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi İbrahim İbrahimov ona baş çəkib:

«Hesabat xarakterli tədqiqat aparırdı. Dedi ki, apardığı bu tədqiqatı cənab nazirə təqdim edəcək, nazir də bu məsələ ilə bağlı prezidentə hesabat verəcək».

İdrak Abbasov aprelin 18-də ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çəkərkən döyülüb. İstintaq onu zərərçəkən kimi tanıyıb. Ancaq onu döyənlər hələ tapılmayıb.
XS
SM
MD
LG