Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

«Eurovision»dan əvvəl «Univision» olacaq


Yarışma Heydər Əliyev Sarayında keçiriləcək
Yarışma Heydər Əliyev Sarayında keçiriləcək
Mayın 15-17-də Bakıda ilk dəfə «Univision» tələbə mahnı yarışması keçiriləcək. Xəbəri APA yayıb.

Yarışma Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçiriləcək.

Müsabiqənin media üzrə rəhbəri Səmayə Məmmədova mayın 1-də keçirilən mətbuat konfransında gələcəkdə «Univision» musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində tədbirlər görüldüyünü diqqətə çatdırıb.

ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, birinci «Univision» tələbə mahnı yarışmasına Azərbaycanın 26 universitetindən tələbələr qatılacaq.

İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq.

Final mərhələsi «Eurovizion» formatında keçiriləcək.

Qaliblərə yarışmanın və ittifaqın siması olmaqla bərabər, mükafat da veriləcək.

Müsabiqənin münsiflər heyətinin kimliyi açıqlanmayacaq.

Şahin İsmayılov qeyd edib ki, səsvermədə və yarışda yalnız tələbələr iştirak edə bilərlər: «Müsabiqənin səsverməsi sms-lə həyata keçirilməyəcək. Musiqi canlı, biletlər isə pulsuz olacaq. Müsabiqənin təşkili ilə yeni ənənəyə start verilir. Yarışma Heydər Əliyev Sarayında keçiriləcək».

Mətbuat konfransında «Univision»un canlı yayımını həyata keçirəcək «MuzTV»nin rəhbəri Tamara Çayxorskaya və «Qızıl Qala» prodakşının rəhbəri Cavid İsmayılov yarışmanın texniki tərəfləri barədə danışıblar.
XS
SM
MD
LG