Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

İslama görə qızları neçə yaşında ərə vermək olar?


Arxiv foto
Arxiv foto

Səudiyyə Ərəbistanında şəriət məhkəməsi 6 yaşlı qızla 58 yaşlı kişinin nigahını tanıyıb, müfti isə 10 yaşından nigahı normal sayır. Ancaq başqa din xadimləri bunun islama zidd olduğunu deyir.

“Evlənmək üçün yaşlarının 25-ə çatmasını gözləyən qızlar yanılırlar, qızlar 10 yaşında evlənə bilərlər”.

Səudiyyə Ərəbistanının böyük müftisi, Sheikh Abdul-Aziz Al al-Sheikhin bu sözləri hələ də dünya nəşrləri tərəfindən müzakirə olunmaqdadır.

Avstraliyanın “The World Observer” nəşrinə müsahibəsində Şeyx Abdul-Aziz bildirmişdi ki, evlənməklə bağlı əsas şərt qızların ailələri tərəfindən yaxşı tərbiyə edilməsidir:

“Analarımız və nənələrimiz 12 yaşlarına belə çatmadan ərə gediblər. Ailələri tərəfindən yaxşı yetişdirilən qızlar 10 yaşda da evliliklə bağlı vəzifələri yerinə yetirə bilərlər”.

Şeyx müsəlman ölkələrindəki bütün kilsələrin bağlanılmalı olduğunu da iddia etmişdi.

Şimali Karolina Universitetinin dinşünası Omid Safi isə Şeyxin dediklərinin İslama heç bir aidiyyəti olmadığını deyir.

“İslama görə qız nikaha girməyə razılığını verməlidir. Amma 10 yaşında uşaq belə qərar vermək səlahiyyəti və imkanı yoxdur. Bu, bir daha onu göstərir ki, Səudiyyə Ərəbistanındakı dini hakimiyyət İslam normalarından çox uzaqdır”.

Səudiyyə Ərəbistanı ölkədə evlilik üçün minimum yaş həddinin təyin edilməsi ilə bağlı daim beynəlxalq təzyiqlərlə üzləşir. Hələlik bu ölkədə qızların ən azı hansı yaşdan etibarən ərə gedə biləcəyi haqda rəsmi qərar qəbul edilməyib.

”Arabian Business” xəbər verir ki, təzyiqlərə baxmayaraq, bir müddət əvvəl Səudiyyə Ərəbistanında məhkəmə 6 yaşlı qız və 58 yaşlı kişi arasındakı nikahı ləğv etməkdən imtina edib.
XS
SM
MD
LG