Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Azərbaycanda dövlət işinə girmək üçün nə lazımdır?


-


Dövlət qulluğuna işə düzəlmək üçün nə lazımdır?

Bu sualın cavabı AzadlıqRadiosunun “Korrupsiometr” proqramında dövlət məmurlarının özlərinin iştirakı ilə müzakirə edildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Vüqar Əsgərov

Vüqar Əsgərov

Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov dövlət işlərinə girmək üçün əsas meyarın rüşvət vermək və tanışlıq tapmaq olması barədə ittihamları əsassız adlandır.

Vüqar Əsgərov deyir ki, hazırda onların qurduqları mexanizmlə hətta onun özü də hansısa vətəndaşa istəsə belə işə düzəlməyə kömək edə bilməz:

- Mən də kömək üçün ağız açanlar olur. Amma Sizə tam səmimiyyətlə deyirəm ki, dövlət işlərinə girməkdə heç bir rüşvət, tanışlıq rol oynaya bilmir. İmtahanlar videokameralarla izlənir. Şəffaf şikayət mexanizmi var. Əgər vətəndaşın potensialı buna imkan verirsə heç bir problem yoxdur.

Proqramın digər iştirakçısı olan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı isə bildirir ki, əslində dövlət işinə qəbulda rüşvətin olmasından bu Komissiyanəın xəbəri olmaya bilər. Çünki Komissiya imtahanı götürüb oradan keçənləri hansısa dövlət idarəsinə göndərir, amma orada vətəndaşın başına nə gəlməsindən xəbərsiz qalır:

- Nazirliklərə əlimiz çatmır. Orada qohumbazlıq olur, ədalətsizlik olur. Hansısa şəffaflıq mexanizmi bu Komissiyada qurula bilər. Amma nazirliklərdə oturanlar da bundan çıxış yolları, öz əliəyriliklərini davam etdirmək üçün yollar axtarırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəis Şahbaz Xələfov

Şahbaz Xələfov

müavini Şahbaz Xələfov dedi ki, onlar əsasən özəl sektorda olan müəssislərə işçi göndərirlər. Ona görə də bu sektorda kimisə rüşvətlə işə göndərmək mümkün deyil. Amma Şahbaz Xələfov bildirir ki, onlar da bəzən iş istəyən vətəndaşın yanında günahkar qalırlar:

- Vətəndaşı göndəririk işə, amma müəssisədən deyirlər ki, artıq bu iş yeri tutulub. Biz də sübut edə bilmirik ki, yer tutulub yoxsa yox. Biz də vətəndaşın yanında üzüqara qalırıq.

Proqrama ABŞ-dan qoşulan jurnalist Ələkbər Raufoğlu isə bu ölkədə sadə amerikalının necə iş tapa bildiyini izah etdi. O, bildirir ki, ABŞ-da iş yeri üçün rüşvət təklif edən adamı həbs edə bilərlər:

- Rüşvət anlayışı Amerikada xüsusilə iş məsələlərində heç cür qəbul edilmir hətta açıqca qeyd etmək cinayət sayılır. Amma vətəndaşa verilən və Azərbaycanda çoxlarının xasiyyətnamə kimi tanıdığı sənədin rolu çox böyük olur.

Polemikanı ətraflı burada dinləyə bilərsiniz:



Müzakirələrdə səslənən təkliflər:

Mirvari Qəhrəmanlı -
  • Dövlət qulluğuna qəbul üçün imtahanlardan keçən vətəndaşların sonradan nazirliklərdə necə işə göt

ürülmələri şəffaf olsun.

Şahbaz Xələfov -
  • Özəl sektorda müəssislərdə boş iş yerləri və onların nə zaman dolması barədə məşğulluq idarələrinə operativ məlumat verilsin.
Bu mövzuda sizin başınıza gələn əhvalatlar, təklifləriniz, şahidi olduğunuz hallar varsa, şərhlərinizi aşağıdakı foruma göndərin.

Şərhləri göstər

XS
SM
MD
LG