Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47
Bakıda Milli İncəsənət Muzeyində «Fransa inciləri» sərgisinin başa çatmasına sayılı günlər qalıb. Martın 10-dan açılan sərgi beş gündən sonra - mayın 6-da başa çatır.

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb.

Sərgidə Fransanın məşhur muzeylərində toplanmış sənət inciləri göstərilir.

Möhtəşəm sərgi elə bu üzdən «Fransa inciləri» adlanır.

Sərgiyə gələnlər Edqar Deqa, Roden, Anri Matiss, Tuluz Lotrek, Jan Simeon Şardin, Ejen Delakrua, Rene Lalik, Ogüst Renuar və başqalarının əsərlərini görə bilərlər.

Ekspozisiya orta əsrlərdən müasir dövrədək ayrıca bölmələrə ayrılıb.

Hər salonun rəngi mərhələlərdən asılı olaraq müxtəlif rəngə boyanıb.

Hər dövrün, hər salonun həm də özünəməxsus musiqisi var.

Məqsəd iştirakçılara əsl fransız incəsənətini, fransız ruhunu hiss etdirməkdən ibarətdir.

Sərgidə 400-dən çox əsər təqdim olunur.

AzadlıqRadiosunun «İz» proqramı bu sənət hadisəsini gözardı edə bilməzdi.

Beləliklə, bu dəfə sizi «Fransa inciləri»nin izinə düşməyə dəvət edirik.

Bələdçimiz Dövlət Milli İncəsənət Muzeyinin şöbə müdiri Rəhimə Çərkəzovadır.

Bir daha xatırladırıq ki, sərgi mayın 6-dək davam edəcək. Fransa incilərini bir sərgidə görmək hər zaman ələ düşmür. Odur ki, tələsin. Hələ vaxtınız var.

Sərgidən hazırladığımız video tezliklə saytımızda olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG